08:44 23-01-2020
news_image
67
FUTBOL

"Neftçi" ilə oyunda 3 həftəlik sıradan çıxdı


Antalya toplanışı çərçivəsində "Neftçi" ilə yoxlama görüşü keçirən LKS itki ilə üzləşib.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, müdafiəçi Adrian Klimçak zədələnib.

LKS-nin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşma yanvarın 15-də baş tutsa da, tibbi müayinənin nəticəsi yeni müəyyənləşib. Məlum olub ki, yeni kapitanın sağ əlindəki zədə ciddi deyil. Eyni yerdən ikinci dəfə xəsarət alan sol cinah müdafiəçisinin təxminən 3 həftə məşqlərə qoşulmayacağı açıqlanıb. 

Qeyd edək ki, "Neftçi"nin Kiyev "Dinamo"su ilə keçirdiyi yoxlama görüşündə isə ukraynalıların yarımmüdafiəçisi Benyamin Verbiç zədələnib.