08:54 23-01-2020
news_image
258
FUTBOL

Əmir Ağayev: “Bu bir səhv idi” - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Əmir Ağayevin apasport.az saytına müsahibəsi

- "Sumqayıt" yoxlama görüşündə "Arka"ya vurduğun qolla qalib gəldi. Matç necə keçdi?
- Özümü çox yaxşı hiss edirəm. Biz daha yaxşı oynamağa çalışdıq, daha yaxşı görünürdük. Əslində yoxlama görüşlərində oyunun hesabı o qədər də önəmli deyil. Əsas odur ki, komanda şəklində yaxşı görünüb, yaxşı oynayaq.

- "Sumqayıt"ın Premyer Liqanın ikinci yarısına hazır olduğunu söyləmək olar?
- Məncə, hazırıq. Biz böyük dəyişikliklər etməmişik. Ümid edirəm ki, çempionatın ikinci yarısına da yaxşı başlayarıq. 

- Türkiyə toplanışında keçirdiyiniz üç matçın birində uduzub, birində qalib gəlib, birində də bərabərə qalmısız. Hansı qarşılaşmanı yaxşı oynamısınız və sizcə, oyundan-oyuna komanda daha yaxşı oynamağı bacarıb?
- Yoxlama görüşlərində hesabın o qədər də önəmli olmadığını söylədim. Önəmli olan bizim komanda kimi necə görünməyimiz və daha yaxşı oynamağımızdır.

- "Sumqayıt" heyətinə yeni futbolçu cəlb etmədi. Bunun komanda üçün mənfi hal olduğunu düşünürsüz?
- Düşünürəm ki, transferə ehtiyacımız yoxdur. Bizim güclü kollektivimiz var. Bütün komandaya inanıram. Ümidvaram ki, hər şey yaxşı olacaq. 

- "Sumqayıt"a təzə gəldiyiniz vaxtla müqayisədə indi tamam fərqli oyun nümayiş etdirirsiz. Sanki indi daha yaxşı formadasız.
- Komandaya yeni gələndə zədələrim var idi. Həmin zədələrlə oynamağa çalışırdım. Amma bu bir səhv idi. Ona görə yeni gələndə yaxşı görünmürdüm. 

- Azərbaycandakı məqsədiniz, hədəfiniz nədir? Yalnız "Sumqayıt"da oynamaq istəyirsiz?
- Maya kimi "Sumqayıt"la müqaviləm var. Sonra necə olacağını görəcəyik. Təbii ki, mən də hər bir oyunçu kimi yüksəlmək istəyirəm.

- Bəs çempionluq mübarizəsi haqda fikrin necədir? "Qarabağ" və "Neftçi" arasında gedən mübarizədə birincilər favorit görünür. Siz necə düşünürsüz?
- Bəli, mən də "Qarabağ"ın favorit olduğunu düşünürəm.

- Tez-tez adınız başqa klublarla hallanır. Həqiqətən bu qış hansısa klubdan konkret təklif almışdız?
- Mən indi yalnız "Sumqayıt" haqda düşünürəm və yalnız qarşıdakı oyunları fikirləşirəm. Mövsüm sonunda azad agent olacam və variantları gözdən keçirəcəm.