09:27 23-01-2020
news_image
116
FUTBOL

"Gözəl oyun olmadı" - "Qəbələ"nin rəqibi

"Nəticə oyuna görə oldu. Bu hesabı təbii saymaq olar".

Apasport.az saytının məlumatına görə, bunu "Etar" klubunun futbolçusu Aleksandr Dyulqerov deyib.

Bolqarıstan klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən "Qəbələ" ilə yoxlama görüşündə üz-üzə gəlib və qolsuz bərabərliyə imza atıb.

Klubun rəsmi saytına açıqlamasında matçı dəyərləndirən 30 yaşlı müdafiəçi çempionatın ikinci "səkkizliy"ində yer alan komandasının yüksələcəyinə inandığını bildirib: "Gözəl oyun olmadı. Ancaq Azərbaycan kubokunu qazanan güclü bir rəqibə qarşı çıxış edirdik. Oyundan-oyuna performansımızın artdığına və çempionatın turnir cədvəlində yüksələcəyimizə ümid edirəm. Azarkeşlər bizdən dəstəklərini kəsməsinlər. Elitada qalmaq üçün gücümüzün 100 faizini ortaya qoyacağıq".