09:49 23-01-2020
news_image
115
FUTBOL

250 min avro qazandılar - millimizin hücumçusuna görə

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ təmsilçisi "Feniks Rizinq"ə transferinə sabiq komandası "Proyssen" cəbhəsində narazılıqlar davam edir.

Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Münster klubunun rəhbərliyi 28 yaşlı forvardın intizamsız oyunçu olduğunu, sadəcə qollar vurduğu üçün ona güzəşt edildiyini vurğulayıb.

Dadaşovun "Feniks Rizinq"ə transferinin detalları da müəyyənləşib. Forvardın transfer qiymətinin açıqlanmayacağına dair klublar arasında razılıq var idi. Lakin almanların bu keçiddən 250 min avroluq gəlir götürdükləri aşkarlanıb.

Qeyd edək ki, Rüfət Dadaşov ABŞ-ın aşağı liqa təmsilçisi ilə birillik müqavilə bağlayıb.