12:13 24-06-2008
news_image
525
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları Avropa çempionatının ikinci günündə məğlub olmayıblar

Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmələr arasında XIII Avropa çempionatının ikinci günü Azərbaycan boksçuları üçün uğurlu alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, rinqə çıxan boksçularımızın hamısı qələbə qazanıblar. Elnur Zeynalov (48 kq) Stefan Slavçevi (Bolqarıstan) 31:17, Tamerlan Abdullayev (57 kq) Yuliano Vestineri (Hollandiya) 13:8, Anar Əliyev (50 kq) Severian Çelidzeni (Gürcüstan) 13:2, Elvin İsayev (52 kq) Edqaras Skurdelisi (Litva) 8:5, Emil Əhmədov (66 kq) Dumitru Kalini (Rumıniya) 16:5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarışın birinci günündə ilk döyüşünü keçirən yeddi boksçumuzdan dördü uduzaraq mübarizəni erkən dayandırıb. Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.