23:31 23-01-2020
news_image
406
FUTBOL

"Qalatasaray" 1/4 finalda - Türkiyə kubokunda

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün cavab oyunları çərçivəsində son 3 görüş baş tutub.

"Sivasspor" səfərdə məğlub olsa da, ilk matçdakı böyükhesablı qələbə sayəsində yoluna davam edib. "Dənizlispor" "Trabzonspor"a səfərdəki məğlubiyyətin əvəzini çıxsa da, penaltilər seriyasında rəqibinə yenilib.

"Qalatasaray" isə Rizədə qollu bərabərə qaldığı "Çaykur Rizəspor"a doğma arenasında minimal hesabla qalib gələrək, adını 1/4 finala yazdırıb.

Beləliklə, "Fənərbaxça", "Antalyaspor", "Alanyaspor", "Ərzurumspor" və "Kırklarelispor"dan sonra "Trabzonspor", "Sivasspor" və "Qalatasaray" da 1/4 finala yüksəliblər.

Türkiyə kuboku
1/8 final, cavab oyunları
23 yanvar

"Yeni Malatyaspor" - "Sivasspor" - 2:1
Gökhan Töre, 79; Çebake, 90+3 - Hakan Yandaş, 2
İlk oyun - 0:4
"Dənizlispor" - "Trabzonspor" - 2:0, pen. 2:4
Estupinan, 14; Niyaz, 23
İlk oyun - 0:2
"Qalatasaray" - "Çaykur Rizəspor" - 2:1
Adəm Büyük, 60 (pen.); Lemina, 83 - Oğulcan Çağlayan, 75 (pen.)
İlk oyun - 1:1