12:47 26-01-2020
news_image

Rafael Ağayev mükafatını Parisdə aldı

Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar. 

Apasport.az saytının məlumatına görə, idmançılarımız Fransanın paytaxtı Parisdə mükafatlandırılıblar. 

İdmançılara mükafatları Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib. 

Qeyd edək ki, WKF ilin yekunlarına əsasən təsis etdiyi bu nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara verilir.