23:04 26-01-2020
news_image

Parisdə çempion oldu - İrina Zaretska

Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate1 Premyer Liqa turniri keçirilib. 

Apasport.az saytının məlumatına görə, yarışa 15 idmançı ilə yollanan Azərbaycan yığması iki medal qazanıb. 

Komandamızın heyətində İrina Zaretska çempion tituluna yiyələnib. 68 kq çəki dərəcəsində çıxış edən karateçi finalda Feryal Abdelazezə (Misir) 3:0 hesabı ilə qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Digər milli üzvü Rafiz Həsənov (67 kq) isə 3-cü yeri tutub. O, bürünc medal görüşündə Vinisius Fiqueyranı (Braziliya) 4:2 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışıb.