09:16 27-01-2020
news_image
195
FUTBOL

Ən yaxşı "Sumqayıt", ən pis "Neftçi" - Antalya mənzərəsi

Azərbaycan Premyer Liqasında qış fasiləsi bu həftəsonu başa çatacaq.

Apasport.az saytının məlumatına görə, çempionatda iştirak edən 8 komandanın hər biri təlim-məşq toplanışını keçdiyi Türkiyədən qayıdıb.

Hər toplanışda olduğu kimi, klublarımız bu dəfə də yoxlama görüşlərində qüvvələrini sınayıblar. Yanvarın 8-də "Zirə" və "Sabah", onlardan bir neçə gün sonra isə digərləri qonşu ölkəyə yollanıblar.

Elita təmsilçilərindən 3-ü - "Zirə", "Keşlə" və "Neftçi" 3 yoxlama matçında qüvvəsini sınayıb. Digər 5 komanda isə 4 görüşdə meydana çıxıb. Klublarımız ümumilikdə 29 oyun keçirib, bunun 8-də qələbə qazanıb, 8-də heç-heçə edib, 13 dəfə isə meydanı məğlub tərk ediblər. Antalya toplanışında uduzmayan komanda olmayıb. Sadəcə, "Neftçi" digərlərindən çox - iştirak etdiyi hər üç görüşdə məğlub olub. Əvəzində "Sumqayıt"la "Zirə" rəqibləri üzərində 2 dəfə qalib gəlməyi bacarıblar.

Komandaların nəticələrinə əsasən turnir cədvəli qursaq, məhz "Sumqayıt"la "Zirə"ni ilk iki pillədə göstərməli olarıq. "Qəbələ" və "Sabah"ın bütün göstəriciləri isə eyni olub. 

"Qarabağ"
18 yanvar: “Akademika Klinçeni” (Rumıniya) - 2:2
Abdulla Zubir, 10, 89
22 yanvar: "Jetisu" (Qazaxıstan) - 1:0
Mahir Emreli, 5
25 yanvar: "Siqma" (Çexiya) - 1:3
Musa Qurbanlı, 59
25 yanvar: “Visla" (Plotsk, Polşa) - 2:3
Mahir Emreli, Xayme Romero

"Neftçi"
15 yanvar: LKS (Polşanın) - 0:4
20 yanvar: "Dinamo" (Kiyev, Ukrayna) - 1:2

Vangelis Platellas
24 yanvar: "Desna” (Ukrayna) - 1:2
Stiven Jozef-Monroz, 66

“Keşlə”
17 yanvar: "Zvikau" (Almaniya) - 1:4
Şohruh Qadoyev, 32
22 yanvar: "Arsenal" (Rusiya) - 1:2
Aleksandr Kristavao, 70
24 yanvar: "Zemplin" (Slovakiya) - 1:1
Aleksandr Kristovao, 8

“Sumqayıt”
14 yanvar: "Kaposvar" (Macarıstan) - 3:4
Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 62, Amil Yunanov, 69
18 yanvar: "Politexnika" (Rumıniya) - 1:1
Xəyal Nəcəfov, 12
21 yanvar: "Arka" (Polşa) - 1:0
Əmir Ağayev, 8
25 yanvar: "Şaxtyor" (Karaqandi, Qazaxıstan) - 4:2
Əmir Ağayev, 27, Amil Yunanov, 49, 62, Rəhim Sadıxov, 59

“Zirə”
11 yanvar: “Ümraniyespor” (Türkiyə) - 0:3
16 yanvar: “Sepsi” (Rumıniya) - 2:0

Riçard Qadze-2
21 yanvar: “Napredak” (Serbiya) - 2:0
Riçard Qadze, Davit Volkov

“Sabah”
11 yanvar: “Pakş” (Macarıstan) - 0:2
15 yanvar: “Akademika Klinçeni” (Rumıniya) - 0:0
19 yanvar: “Kaysar” (Qazaxıstan) - 3:1

Filip İvanoviç, 57, Ceyhun Nuriyev, 82, Mario Marina, 87
21 yanvar: "Spartak-2" (Moskva, Rusiya) - 2:2
Marko Deviç, 16; Ceyhun Nuriyev, 70

“Qəbələ”
14 yanvar: MTK (Macarıstan) - 0:3
18 yanvar: “Çayka” (Rusiya) - 3:0

İviça Juniç 14, Rövlan Muradov 35, Ülvi İsgəndərov, 51
22 yanvar: "Etar" (Bolqarıstan) - 0:0
25 yanvar: "Konkordiya" (Rumıniya) - 2:2

Asif Məmmədov, 21, Amin Seydiyev, 58

“Səbail”
15 yanvar: "Jetisu" (Qazaxıstan) - 0:1
18 yanvar: "Olimpik" (Donetsk, Ukrayna) - 1:3

Maykl Essyen, 63
21 yanvar: “Voluntari” (Rumıniya) - 2:2
Ruslan Hacıyev, 21, Mirsayib Abbasov, 90
25 yanvar: “Korona” (Polşa) - 1:0
Hendrik Ekşteyn, 89

1

"Sumqayıt"

4

2

1

1

9-7

7

2

"Zirə"

3

2

0

1

4-3

6

3

"Qəbələ"

4

1

2

1

5-5

5

4

"Sabah"

4

1

2

1

5-5

5

5

"Qarabağ"

4

1

1

2

6-8

4

6

"Səbail"

4

1

1

2

4-6

4

7

"Keşlə"

3

0

1

2

3-7

1

8

"Neftçi"

3

0

0

3

2-8

0