09:32 27-01-2020
news_image
135
FUTBOL

Nikolas Karekanın “Keşlə”yə keçidi alınmadı – özü açıqladı

"Menecerim "Keşlə" ilə danışıq aparırdı. Mənə bu kluba keçə biləcəyimi də vurğulamışdı".

Bunu apasport.az saytına Portuqaliyanın "Eştoril" klubunun futbolçusu Nikolas Kareka deyib.

Bakının "Keşlə" klubunun transfer siyahısında olan braziliyalı forvad Azərbaycan variantı bərədə danışıb. O, keçidin hansı səbəblərə görə baş tutmadığını bilmədiyimi açıqlayıb: "Menecerimlə son vaxtlar bu haqda danışmıram. Vəziyyətin necə olduğunu, keçidin niyə alınmadığını da bilmirəm. Rəsmi təklif gözləyirdim. Yəqin ki, alınmayıb. Başqa təkliflər də var, görək necə olacaq".