10:34 27-01-2020
news_image
344
FUTBOL

Özan Can Kökçü: “Futboldan küsmüşdüm, bezmişdim” - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu Özan Can Kökçünün apasport.az saytına müsahibəsi

- Komandanın Antalya toplanışını başa vurdu. Hazırlıq necə keçdi?
- Çempionatın ilk yarısı bizim üçün istədiyimiz kimi keçmədi. Yeni baş məşqçi gəldi. Antalyada yaxşı toplanışımız keçdi. Özümüzü çempionata yaxşı hazırladıq.

- Öz formanız barədə hansı fikirdəsiz?
- İkinci hissədə daha çox xal toplayarıq. Statistika olaraq da, artıq daha çox xeyir verərəm. Hücumçu kimi daha çox qol vurmalı və asist olmalıyam. Hücumda rəqib üçün təhlükə yaratmaq lazımdır.

- Komandaya yeni qoşulan Marko Deviç və Mario Marino barədə nə deyə bilərsiz?
- Deviç çox təcrübəli oyunçudur. Onun karyerası hər şeyi deyir. Səviyyəsi və təcrübəsilə bizə yardımçı olacaq. Mario da yaxşı futbolçudur və komandaya erkən adaptasiya oldu  

- Komandanızın yaxşı hazırlıq keçdiyini və gücləndiyini dediz. Avrokuboklara yollanmaq çətin olmayacaq?
- Hədəflərim arasında avrokuboklara yollanmaq da var. Klubumuzun da istəyi budur. Amma turnir cədvəlinə baxanda vəziyyətimiz yaxşı görünmür. Çempionatın ikinci hissəsində nə qədər çox xal toplasaq o qədər yaxşı olacaq. Futbolda hər şey mümkündür, yaxşı nəticələr qazanmaq istəyirik.

- Türkiyə və Hollandiyadan təkliflər almışdız. Hazırda bu məsələlər nə yerdədir?
- Bəli, hər iki ölkənin klubları xidmətimdə maraqlı idi. Təkliflər hər zaman olur. Çünki məni Hollandiya və Türkiyədə yaxşı tanıyırlar. Amma hər mövsüm klub dəyişmək də yaxşı deyil. "Sabah"da xoşbəxtəm, öz yerimdəyəm. Hədəfim özümü burda tapmaq və əvvəlki Özan Canı göstərməkdir. Bunu etdiyimi düşünürəm. Hələ 1,5 illik müqaviləm var. "Sabah"da yaxşı işlər göstərmək istəyirəm. Bundan sonra necə olacağını Allah bilir.

- Yelko Sopiçin gəlişi komandaya xeyir verib?
- Hər məşqçinin öz oyun üslubu var. Təbii ki, Sopiçdə də bu var. Komandaya gəldikdən sonra çempionatda 2-3 matç oynadıq və Antalyaya yollandıq. Təbii ki, çətin olacaq, çünki nə o, bizi tanımırdı, nə də biz onu. Antalya toplanışı bizim üçün yerinə düşdü. Oyun taktikasını bizə anlatdı. Hər şeyin yaxşı keçdi. Matçların başlamasını gözləyirik.

- Azərbaycan klubu sizə tramplin rolunu oynaya bilərmi?
- Bura gəlməyə peşman deyiləm. Bundan əvvəl Türkiyədə fərqli şeylər gördüm. Azərbaycana özümü sübut etmək üçün gəldim. Çünki futboldan küsmüşdüm, bezmişdim. "Sabah"da gözəl ailə formalaşıb. Burada oynayıram və vaxt keçdikcə özümü daha da inkişaf etdirəcəm, komandaya daha çox xeyir verəcəm.