12:49 27-01-2020
news_image
153
FUTBOL

"Zirə"də ikinci ayrılıq

Mövsümün ikinci yarısının startına bir neçə gün qalmış "Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Robin Nqalande Bakı klubu ilə vidalaşıb.

28 yaşlı hücumameyilli oyunçunun gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Malavi millisinin üzvünün yola salınmasının əsas səbəbi onun tez-tez zədələnməsi olub.

Qeyd edək ki, "Zirə" qış fasiləsində buna qədər Soni Norde ilə vidalaşmışdı.