14:08 27-01-2020
news_image
448
TOP OYUNLARI

Kobi Brayantın helikopterinin pilotu erməni çıxdı

Əfsanəvi basketbolçu Kobi Brayantın ABŞ-ın Los-Anceles şəhərində qəzaya uğrayan helikopterində ölən daha bir şəxsin kimliyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, helikopterin pilotu erməni əsilli amerikalı Ara Zobayan olub.

K.Brayantın şəxsi helikopterinin pilotu həm də gənc həmkarlarına təlim verməklə tanınıb. Yanvarın 26-da qəzaya uğrayan helikopterdə K.Brayant, 13 yaşlı qızı Cianna, pilot və daha 6 sərnişin vəfat edib.

Qeyd edək ki, əfsanəvi basketbolçu 1996-2016-cı illərdəki karyerası ərzində 5 dəfə MBA, 2 dəfə Olimpiya Oyunlarının çempionu olub.