21:36 27-01-2020
news_image
1070
AVRO-2020

İki yığma Bakını seçdi – UEFA açıqladı

AVRO-2020-də iştirakı dəqiqləşən milli komandaların final mərhələsi zamanı məskunlaşacaqları təlim-məşq bazaları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA yığmaların seçimini açıqlayıb.

İki komanda Azərbaycanda məskunlaşacaq. A qrupunda yer alacaq Uels və Türkiyə qrup mərhələsi boyunca Bakıda qalacaq. Qrupun digər komandaları İsveçrə və İtaliya sonuncuların ölkəsində yerləşəcək.

Daha 9 yığma öz evində qalacaq. Bunlar Avstriya, Belçika, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Rusiya və İspaniyadır.

Digər iştirakçılardan Çexiya və Xorvatiya Şotlandiyada, Polşa ilə İsveç İrlandiyada qalacaq. Portuqaliya Macarıstanı, Ukrayna Rumıniyanı, Finlandiya isə Rusiyanı seçib.

Qeyd edək ki, iyunun 12-dən iyuliun 12-dək Avropanın 12 şəhərində keçiriləcək yarışın son 4 iştirakçısı pley-offda bəlli olacaq.