00:11 28-01-2020
news_image
191
TOKİO-2020

Basketbol üzrə Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirildi

Çində yayılan virus daha bir idman növü üzrə Olimpiya Təsnifat Turnirinin yerinin dəyişdirilməsinə səbəb olub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) qadınlardan ibarət yığmaların Tokio-2020-yə vəsiqələr uğrunda turnirinin Çinin Foşan şəhərində deyil, Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.

Buna Asiya ölkəsində yayılan virus səbəb olub. FİBA idmançıların təhlükəsizliyini düşünərək bu addımı atıb. Artıq 81 nəfərin ölümünə səbəb olan koronavirusa yoluxanların sayı 2886-ya çatıb.

Yarışın tarixi isə dəyişməz qalıb. Turnir fevralın 6-9-da keçiriləcək. Digər iki təsnifat turniri isə planlaşdırıldığı kimi Fransa və Belçikada olacaq.

Qeyd edək ki, bunadək boksçuların Olimpiya Təsnifat Turniri də eyni səbəbə görə Çindən başqa ölkəyə keçirilib.