17:36 28-01-2020
news_image

Dünya çempionumuz Rusiyada qəzada öldü

Azərbaycan yığmasının sabiq güləşçisi Sultan Nəsurullayev ölüb. 

Apasport.az-ın “midaq.ru”ya istinadən məlumatına görə, milliləşən dağıstanlı Rusiyanın Voronej vilayətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişib. 

Moskva-Həştərxan yolunun 607-ci km-də baş verən qəzada ümumilikdə 4 nəfər dünyasını dəyişib. 

Qeyd edək ki, Nəsrullayev 2011-ci ildə Azərbaycanın sərbəst güləş üzrə millisinin heyətində dünya çempionu titulunu qazanıb. O, 54 kq-da mübarizə aparıb.