11:57 29-01-2020
news_image
163
TOP OYUNLARI

“Basketbol aləmi Kobi Brayant kimi bir əfsanəni itirdi” - ABŞ səfiri

“Bir amerikalı və basketbol həvəskarı kimi dərin hüzn hissi keçirirəm”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Milli Basketbol Assosiasiyasının (NBA) 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransında bildirib.

Ö. Litzenberger deyib ki, Kobi Brayantın ölümü milyonlarla idman həvəskarı kimi onu da çox dərindən sarsıdıb: “Basketbol aləmi bu həftə bir əfsanəsini itirdi. Kobinin NBA komandasının da məşhurlaşmasında böyük rolu olub”.

Azərbaycanda basketbola marağın artmasından məmnunluğunu ifadə edən ABŞ səfiri qeyd edib ki, Azərbaycanda amerikan mədəniyyətinin mənimsənilməsindən çox şaddır: “Bu gün basketbol dünyanın ikinci ən məşhur oyunu səviyyəsinə qalxıb. Bu idman növünün 2 milyarddan çox azarkeşi var”.