13:08 31-01-2020
news_image
2188
DİGƏR NÖVLƏR

Zorlanan 265 gimnast üçün 215 milyon dollar təzminat ödəniləcək

ABŞ Gimnastika Federasiyası seksual təcavüzdən zərər çəkən idmançılara təzminat ödəyəcək.

Apasport.az saytının məlumatına görə, milli komandanın sabiq həkimi Larri Nassarın qurbanlarına ümumilikdə 215 milyon dollar ödəniləcək.

Federasiya müflis olmaq barədə müraciət edib ki, idmançıların narazılıqlarını tənzimləyə bilsin. Onlara ya sülh yolu ilə anlaşmaq, ya da məhkəmə çəkişməsi təklif olunub. İdmançılar kompensasiya almağa üstünlük veriblər. “Twistars” sığorta şirkəti onların hərəsinə 2,1 milyon dollar ödəyəcək.

Qeyd edək ki, 265 qadın gimnast tərəfindən zorlamada ittiham olunan həkimin özü isə 2018-ci ildə 300 il həbs cəzası alıb. Miçiqan dövlət universiteti isə seksual təcavüzə məruz qalanlara 500 milyon dollar ödəməyə razılıq verib.