12:04 01-02-2020
news_image
194
TOKİO-2020

Türkiyə ABŞ və İtaliyaya rəqib oldu – Tokio-2020-də

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarının voleybol turnirlərinin qrupları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrupların tərkibi FİVB reytinqinə əsasən müəyyənləşib.

Kişilərin yarışında Yaponiya, Polşa, İtaliya, Kanada, İran və Venesuela A qrupunda yer alıb. B qrupunda isə Braziliya, ABŞ, Rusiya, Argentina, Fransa və Tunis mübarizə aparacaq.

Qadınların turnirində Yaponiya, Serbiya, Braziliya, Cənubi Koreya, Dominikan Respublikası və Keniya A qrupuna düşüb. Çin, ABŞ, Rusiya, İtaliya, Argentina və Türkiyə isə B qrupunda qüvvəsini sınayacaq. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.