13:32 03-02-2020
news_image

Azərbaycan çempionatında 48 komanda

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək. 

Apasport.az saytının məlumatına görə, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparacaq.

10 çəki dərəcəsi üzrə baş tutacaq yarış Boks Mərkəzində təşkil olunacaq. Birincilikdə 147 boksçu gücünü yoxlayacaq.

6 gün davam edəcək çempionatda final döyüşləri fevralın 8-də baş tutacaq.