16:50 03-02-2020
news_image
159
TOP OYUNLARI

“Sərhədçi” başlayacaq, MOİK bitirəcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 4-də təşkil olunacaq.

Günə “Sərhədçi” - “Express” oyunu ilə start veriləcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq görüş 14:00-da başlayacaq. 

Ardınca eyni məkanda “Xilasedici” və MOİK qüvvəsini sınayacaq. Oyun saat 16:00-da start götürəcək.