16:59 03-02-2020
news_image
111
FUTBOL

Neymar fintə görə "sarı" aldı - VİDEO

Fransa Liqa1-nin XXII turunda keçirilən "Monpelye" - PSJ oyununda maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, parislilərin 5:0 hesabı ilə qalib gəldiyi görüşdə bir hərəkət komandanın hücumçusu Neymara baha başa gəlib.

Qarşılaşmanın 38-ci dəqiqəsində komandası 1:0 hesabı ilə öndə olarkən fintdən istifadə edən braziliyalı əvəzində baş hakim Jerar Brisard tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Referi əvvəlcə ona bu hərəkətin rəqibə qarşı etik olmadığını başa salmağa çalışıb. Neymar onunla mübahisəyə girişincə sarı vərəqə alıb.

Qeyd edək ki, 90 dəqiqə meydanda olan Neymar 1 məhsuldar ötürmə ilə yadda qalıb.