11:06 04-02-2020
news_image
191
DİGƏR NÖVLƏR

Vuden, Luqlin, Lyudin - “Bavariya Open”dəki azərbaycanlılar

Almaniyada fiqurlu konkisürmə üzrə ənənəvi “Bavariya Open” turniri start götürüb.

Apasport.az saytının məlumatına görə, Obersdorf şəhərində təşkil olunan yarışda Azərbaycan idmançıları da mübarizə aparacaq.

Gənc qızlar arasında turnirdə Beverli Vuden tamaşaçılar önünə çıxacaq. Gənclərin buz üzərində rəqslərində isə Aleksandra Luqlin və Danil Lyudin dueti bacarığını nümayiş etdirəcək.

Qeyd edək ki, yarış fevralın 9-da başa çatacaq.