16:57 04-02-2020
news_image
98
FUTBOL

Futbolçu azarkeşlə əlbəyaxa oldu - VİDEO

Şimali İrlandiya Kubokunun 1/8 final mərhələsində keçirilən "Uorrenpoint" - "Ballimena" oyununda insident yaşanıb.

Apasport.az saytının məlumatına görə, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdən dərhal sonra meydan sahiblərinin qapıçısı ilə yerli fanatlardan biri arasında dava düşüb.

Son dəqiqələrdə buraxılan qola üzülən qapı arxasındakı fanatlardan biri qolkiperi təhqir edib. Buna dözməyən çərçivə qoruyucusu azarkeşlər tərəfə qaçaraq onunla əlbəyaxa olub. Onları azarkeşlər və digər futbolçular çətinliklə ayırıblar. Dava zamanı reklam lövhəsi aşıb.

Hadisəni sosial şəbəkə vasitəsilə müzakirə edən azarkeşlər günahın qapıçıda olmadığını yazıblar.