08:55 05-02-2020
news_image
106
AVRO-2020

Koronavirusun AVRO-2020-yə təsiri... - UEFA-dan açıqlama

Çində yayılan koronavirusun yayda baş tutacaq Avropa çempionatına təsiri olmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın nümayəndəsi Andreas Şar deyib.

O bildirib ki, qitənin 12 şəhərində keçiriləcək turnirlə bağlı hər hansı bir dəyişiklik gündəmdə deyil. UEFA-nın direktoru heç bir dəyişikliyin olmayacağını, hər şeyin plana uyğun şəkildə davam edəcəyini söyləyib.

Qeyd edək ki, 12 iyun - 12 iyul tarixləri aralığında keçiriləcək AVRO-2020-nin 4 matçı (3 oyun qrupda, 1 oyun 1/4 finalda) Bakı Olimpiya Stadionunda olacaq.