13:01 06-02-2020
news_image

"Koronavirusa görə risk etmədik" - FİDE prezidenti

FİDE-nin Prezident Şurasının iclasının yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Arkadi Dvorkoviç açıqlayıb.

O bildirib ki, Çində keçirilməli olan tədbir bu ölkədə yayılan koronavirus xəstəliyi üzündən Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq: “Vəziyyəti daim nəzarətdə saxlayırıq. Çindəki səfirimizlə əlaqədəyik. Əksər çinli şahmatçılar bizim turnirlərdə çıxış edir. Martın sonunda bu ölkədə Prezident Şurası keçirilməli idi. Risk etməyərək onun yerini dəyişdik. Bu tədbir fevralın sonunda Əbu-Dabidə təşkil olunacaq Baş Assambleya çərçivəsində keçiriləcək”.

Assambleyada əsas müzakirə mövzusu qurumun yeni nizamnaməsi və büdcəsi olacaq: “Əsas məsələ nizamnamədir. Növbədənkənar Assambleya məhz bunun üçün keçirilir”.

A.Dvorkoviç çinli şahmatçılar Den Liren və Van Haonun İddiaçılar Turnirində iştirakına da toxunub: “Biz onlarla daim əlaqə saxlayırıq. Hər gün durumu izləyirik. Ümid edirik ki, onların iştirakı ilə bağlı problem yaranmayacaq”.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun da qatılacağı İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq.