16:18 06-02-2020
news_image
129
FUTBOL

Azərbaycan çempionatının oyunları təxirə salındı - seçkilər səbəbindən

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb. 

Azərbaycan Basketbol Federasiyasından (ABF) apasport.az saytının verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub. 

Fevralın 7-də və 8-də keçirilməli olan görüşləri qəbul edən Azərbaycan Texniki Universitetinin idman zalında bir sıra tədbirlər nəzərdə tutulub. Buna görə də arenada oyunların keçirilməsi mümkün olmayacaq. 

Bunu nəzərə alan ABF görüşləri qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq. 

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi.