22:11 06-02-2020
news_image
110
FUTBOL

Millimiz Tacikistana qalib gələ bilmədi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

Apasport.az saytının məlumatına görə, yığmamız Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Millimiz Asiya təmsilçisinə qalib gələ bilməyib. Görüş heç-heçə başa çatıb - 1:1. Yığmamızın heyətində Nicat Quliyev fərqlənib.

Qeyd edək ki, U-17 növbəti oyununu fevralın 10-da Danimarkanın "Hellerup" klubuna qarşı keçirəcək.