00:05 07-02-2020
news_image
130
FUTBOL

"Arsenal" islahat ərəfəsində - ulduzlar satılacaq

Uğursuz mövsüm keçirən "Arsenal"da köklü dəyişikliklər ediləcək.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mikel Arteta yayda heyətdə islahatlara əl atacaq.

İspaniyalı mütəxəssis heyəti yenidən formalaşdırmaq niyyətindədir. O, xüsusən də, yarımmüdafiəçi Məsut Özil, eyni zamanda hücumçular Aleksandr Lyakazett və Pyerr-Emerik Obameyanqın xidmətində gələn mövsüm maraqlı olmayacaq. Bu səbəbdən adıçəkilən ulduz futbolçular mövsümün sonunda transferə çıxarılacaqlar.

Onlarla yanaşı, müdafiəçilər David Luiz və Şkodran Mustafinin də yola salınması gözlənilir.