22:23 06-02-2020
news_image
108
FUTBOL

Kroos karyerasını bitirəcəyi vaxtı açıqladı

"Real"ın yarımmüdafiəçisi Toni Kroos karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü bundan sonra müqavilə bağlamayacağını söyləyib.

30 yaşlı orta sahə oyunçusu 3 ildən sonra məhz "kral klubu"nun oyunçusu kimi futboldan gedəcəyini bildirib: "Mən 38 yaşına qədər oynayacaq futbolçu deyiləm. Klubla 2023-cü ilin yayına qədər müqaviləm var. Həmin vaxt artıq 33 yaşım olacaq. Bu, istədiyimi düşünmək və yeni 4 illik müqavilə bağlamamaq üçün əlverişli zamandır. "Real"la hazırkı sözləşməmin sonunda karyeramı bitirməyi düşünürəm".

Qeyd edək ki, Toni Kroos "Real"a 2014-cü ildə 30 milyon avro müqabilində "Bavariya"dan keçib.