00:12 07-02-2020
news_image
125
FUTBOL

Yenə əməliyyat olunacaq - Dembele

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Zədəsini yenicə sağaldaraq məşqlərə dönən fransalı futbolçu məhz məşq zamanı sağ ayaq əzələsində şiddətli yırtıq əmələ gələn 23 yaşlı hücumameyilli oyunçu fevralın 11-də Finlandiyada əməliyyat ediləcək.

Onun bərpa prosesi ilə bağlı məlumat verilməsə də, mövsümü başa vurduğu dəqiqdir.