00:21 07-02-2020
news_image
209
FUTBOL

Bir oyunda 19 qol - Azərbaycan kubokunda

Futzal üzrə Azərbaycan kubokunda 1/16 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 5 matç baş tutub.

“Star Karqo” nominal meydan sahibi olduğu qarşılaşmada “Star Karqo-2”yə uduzub. “Yurd” MFK isə “Yasamal” İSK-2 üzərində çətin qələbə qazanıb. “Red Line” “Borçalı” ilə matçda qalib gəlib.

Yüksək Liqanın iddialıları da günü qələbə ilə başa vurub. “Araz” “Baker Hughes”i meydana çıxmağa peşman edib – 17:2. “Marafon” isə “Altay”dan güclü olub.

Azərbaycan kuboku
1/16 final, ilk oyunlar
6 fevral

“Star Karqo” – “Star Karqo-2” – 4:6
“Yasamal” İSK-2 – “Yurd” MFK – 4:5
“Red Line” – “Borçalı” – 2:1
“Araz” – “Baker Hughes” – 17:2
“Marafon” – “Altay” - 4:1