09:34 07-02-2020
news_image
79
FUTBOL

"Müdafiə futbolu dövrü bitdi" - Roberto Mançini

"İyunda azarkeşlərimizin birləşəcəyindən əminəm. Biz də Avropa çempionu olaraq onları sevindirmək istəyirik".

Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib.

55 yaşlı mütəxəssis "Skuadra Adzurra"nın AVRO-2020-dəki şanslarını dəyərləndirib. O, İtaliyanın artıq müdafiə futbolu oynayan komanda kimi xatırlanmayacağını söyləyib: "Hücum futbolunu, pressinq etməyi sevirəm. Bilirəm ki, müdafiə sistemi ilə dörd dəfə dünya çempionu olmuşuq. Amma müdafiə futbolu dövrü artıq bitdi. Düşünürəm ki, indi daha aqressiv oynaya bilərik. İtaliyanın yığmaya olan sevgisini yenidən canlandırdığımız üçün sevincliyik. Qitə birinciliyində onlar üçün mübarizə aparacağıq".

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin A qrupunda Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq. Bu qrupun matçları Roma və Bakıda keçiriləcək.