10:32 07-02-2020
news_image
132
TOP OYUNLARI

Liderin oyunun vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 8-də və 12-də təşkil olunacaq.

Fevralın 8-də öncə meydan “Neftçi” və MOİK klublarının ixtiyarına veriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq. Ardınca – saat 16:00-da lider “Xilasedici” autsayder “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq. 

Dörd gün sonra “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” üz-üzə gələcək. Bu matç sonra isə “Xilasedici” və “Murov” münasibətinə aydınlıq gətirəcək. Oyuna FHN-nin İdman-Sağlamlıq Kompleksi ev sahibliyi edəcək. 
İlk matç saat 14:00-da, ikinci görüş 2 saat sonra start götürəcək.