12:57 07-02-2020
news_image
85
FUTBOL

Sterlinq "Real"la oyunu buraxacaq?

"Mançester Siti" aparıcı futbolçusu Rahim Sterlinqin xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Premyer Liqanın XXVI turunda fevralın 9-da "Vest Hem"lə keçiriləcək oyunu buraxacaq.

Ötən tur "Tottenhem"lə keçirilən qarşılaşmada zədələnən İngiltərə millisinin üzvünün bud əzələsində ağrılar əmələ gəlib. Ancaq onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la ilk görüşə yetişməsi gözlənilir. "Vest Hem"lə oyundan sonra Premyer Liqada ikihəftəlik fasilə yaranacaq və Sterlinq həmin müddətdə bərpa prosesi keçəcək.

Qeyd edək ki, "Real"la "Mançester Siti" arasında ilk görüş fevralın 26-da keçiriləcək.