14:57 07-02-2020
news_image
117
FUTBOL

Ən yüksək ödənişli futbolçular - ilk "11-lik" PSJ-lilərdən qurulub

Fransa Liqa1-də ən yüksək ödənişli futbolçuların adları müyyənləşib.

Apasport.az saytının məlumatına görə, açıqlanan siyahıda ilk 11 oyunçu PSJ-nin formasını geyinir.

Bu baxımdan lider braziliyalı hücumçu Neymardır. "Sambaçı"nın aylıq gəliri 3 milyon avrodur. Neymar həm də dünyanın ən yüksək ödənişli oyunçuları sırasındadır. Digər hücumçu Kilian Mbappe ayda 1,9 milyon avro qazanır. İlk "üçlüy"ü isə kapitan Tiaqo Silva qapayır.

Fransa çempionatının ən yüksək ödənişli oyunçuları:
1. Neymar (PSJ) - 3 milyon avro
2. Kilian Mbappe (PSJ) - 1,9 milyon
3. Tiaqo Silva (PSJ) - 1,5 milyon
4. Edinson Kavani (PSJ) - 1,3 milyon
5. Markinyoş (PSJ) - 1,2 milyon
6. Marko Verratti (PSJ) - 1,2 milyon
7. Anxel Di Mariya (PSJ) - 1,1 milyon
8. Keylor Navas (PSJ) - 1 milyon
9. Mauro İkardi (PSJ) - 800 min
10. Leandro Paredes (PSJ) - 750 min
11. Presim Kimpembe (PSJ) - 670 min