15:08 07-02-2020
news_image
664
FUTBOL

Azərbaycan derbisi, yoxsa “Böyük oyun”? – yalnız bizdə

Azərbaycanın iki ən titullu klubu “Qarabağ” və “Neftçi” arasında indiyədək baş tutan oyunlardakı ümumi tamaşaçı sayı müəyyənləşib.

Apasport.az saytının hesablamalarına əsasən, baş tutan 96 görüşü ümumilikdə 287 min 420 tamaşaçı izləyib. 

Orta hesabla hər qarşılaşmaya cəmi 2994 nəfər baxıb. Bu, yarımboş, nadir hallarda daha çox azarkeşin qeydə alındığı stadionlarımız üçün kifayət qədər yaxşı göstərici sayılır. 100-cü Azərbaycan derbinin iştirakçılarının əvvəlki duellərindən üçündə isə texniki nəticə qeydə alınıb.

Amma Azərbaycan futbol tarixinə damğasını vuran “Böyük oyun”la müqayisəyə belə gəlmir. Çünki cəmi 12 illik tarixə malik “Neftçi” – “Xəzər Lənkəran” duellərindən futbolumuzda heç vaxt olmayıb və yoxdur.

2004-2016-cı illərdə keçirilən cəmi 43 “Böyük oyun” baş tutub. Bu, Azərbaycan derbisi ilə müqayisədə 2,2 dəfə azdır.

Amma “Neftçi” ilə “Xəzər Lənkəran”ın duelləri zamanı arenalar 369 min seyrçini qəbul edib. Bu, derbilərdəkindən 28 faiz çoxdur.

“Böyük oyun”larda orta hesabla 8581 izləyici qeydə alınıb. Bu rəqəm derbidəki orta göstəricidən 3,6 dəfə çoxdur.

Görünür, “Böyük oyun”lardakı intriqa, rəqabət, maraq, prinsipiallıq başqa matçlarda müşahidə olunmayacaq. Çünki oyunların çəkisi də fərqlidir.