21:17 07-02-2020
news_image
72
FUTBOL

“Hamıdan qol gözləyirik” – Elmar Baxşıyev

“Çətin oyun olacağını bilirdik. “Sabah” da ilk matçı uduzmuşdu, bu gün öz meydanında çıxış edirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasında XVI turunun “Sabah”la səfər oyunundan sonra mətbuat konfransına qatılıb. O, öncə 2:3 hesablı məğlubiyyətə şərh verib, ardınca jurnalistlərin suallarını cavablandırıb: “Qış fasiləsində heyətimizdə bəzi dəyişikliklər oldu. Yeni transferlər komandaya gec qoşulduğundan hələ ki, istədiyimiz oyunu sərgiləyə bilmirik. Amma komandanın potensialı var. İnanıram ki, daha uğurlu nəticələr əldə edəcəyik”.

- Erkən qoldan sonra nə baş verdi ki, ardıcıl toplar buraxdınız?
- Komandanın psixologiyası yerindədir. Sadəcə, ani diqqətsizlik oldu. Qolları standart vəziyyətlərdən buraxdıq. İlk hissədə də yaxşı epizodlarımız var idi. Amma dəyərləndirə bilmədik.

- Dolayısıyla günahı Ülvi İsgəndərovda görürsüz də...
- Xeyr. Qol vurmaq tək Ülvinin işi deyil. Müdafiədən tutmuş hücuma qədər hamıdan qol gözləyirik