01:41 08-02-2020
news_image
301
FUTBOL

“Neftçi” coşdu – 10 cavabsız qol

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, fevralın 7-də daha 5 qarşılaşma keçirilib.

“Premier” “Bibi-Heybət”ə 5:3, “Baku Fire” “Advokat”a 5:4 hesabı ilə qalib gəlib. Günün ən böyükhesablı qələbəsini “Neftçi” qazanıb. Yüksək Liqa təmsilçisi “Gənclik”lə oyunda coşub - 10:0. “Record club” gözlənilmədən “Hövsan”a uduzub - 6:8. “Baku Fans” isə “Zəngilan”ı  8:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, ilk oyunlara bu gün keçiriləcək 6 görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/16 final, ilk oyunlar
7 fevral

“Premier” – “Bibi-Heybət” - 5:3
“Baku Fire” – “Advokat” - 5:4
“Neftçi” – “Gənclik” - 10:0
“Record club” – “Hövsan” - 6:8
“Baku Fans” – “Zəngilan” - 8:2