11:24 08-02-2020
news_image
134
FUTBOL

Yarımmüdafiəçisi ilə vidalaşacaq - “Liverpul”

İngiltərənin “Liverpul” klubunun futbolçusu Adam Lallana komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, anlaşması mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayacaq.

31 yaşlı futbolçu yayda azad agent statusuna yiyələnəcək. Onun xidmətində isə “Arsenal”, “Tottenhem” və “Lester” maraqlıdır.

A.Lallana 2014-cü ildə “Sauthempton”dan 31 milyon avroya transfer olunub. Cari mövsümdə 19 matça çıxan yarımmüdafiəçi 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.