18:13 08-02-2020
news_image
87
FUTBOL

“Neftçi” – “Keşlə” oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turun oyunları 2 günü əhatə edəcək.

Fevralın 15-də start götürəcək tur “Zirə” – “Qarabağ” matçı ilə başlayacaq. Turun mərkəzi görüşü olan “Neftçi” – “Keşlə” qarşılaşmasının start fiti ertəsi gün saat 19:00-da veriləcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
XVII tur
15 fevral (şənbə)
“Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu, 15:00
“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 17:00

16 fevral (bazar)
“Səbail” – “Qəbələ”

“ASCO Arena”, 16:30
“Neftçi” – “Keşlə”
“Bakcell Arena”, 19:00