13:24 09-02-2020
news_image
141
DİGƏR NÖVLƏR

“Bavariya Open”də 8-ci yer - Azərbaycan idmançısı

Almaniyada təşkil olunan fiqurlu konkisürmə üzrə “Bavariya Open” turnirində çıxış edən Azərbaycan təmsilçiləri mübarizəni baş vurublar.

Apasport.az saytının məlumatına görə, qızların yarışında Beverli Vuden, buz üzərində rəqslərdə isə Aleksandra Luqlin və Danila Yudindən ibarət duet gənclər arasında mübarizə aparıblar.

Vuden iki çıxışın cəmində 120,87 xal toplayıb. O, yarışı 19 idmançı arasında 8-ci yerdə başa vurub.

Duetimiz isə 109,80 bala layiq görülüb. Təmsilçilərimiz 18 iştirakçı arasında 13-cü yerlə kifayətləniblər.