13:31 09-02-2020
news_image
1774
FUTBOL

Zambiya yığmasının hücumçusuna təklif - Azərbaycandan

Zambiya yığmasının hücumçusu Justin Şonqa karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Orlando Pirates"in forvardı klubu ilə yollarını ayırmağa hazırlaşır.

Cənubi Afrika Respublikası klubunda son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçu oyun praktikasından əziyyət çəkməmək üçün "Orlando Pirates"i tərk etmək fikrindədir. Müqaviləsinin ləğvi və oyunçunun azad agent statusu alması ilə bağlı tərəflər arasında danışıqlar davam edir.

Şonqanın tezliklə istəyinə nail olması gözlənilir. Çünki "Orlando Pirates" ötən ay 3 futbolçunun analoji istəyini həyata keçirmişdi. Zambiyalı forvard Avropaya köçəcək. Onun xidmətində Azərbaycan, Rusiya və Türkiyə klublarının maraqlı olduqları bildirilir. Ancaq futbolçunun ya Azərbaycan, ya da Rusiyaya yollanacağı güman edilir.

Qeyd edək ki, Justin Şonqa 2017-ci ilin yayından bəri "Orlando Pirates"in formasını geyinir.