13:37 09-02-2020
news_image
169
FUTBOL

“Alınmadı” – Anton Krivotsyuk

"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar”. 

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının XVI turunun "Qarabağ”la oyunundan sonra deyib.

Klubun rəsmi saytına açıqlama verən gənc müdafiəçi 0:0 hesablı heç-heçəni ədalətli nəticə sayır: “Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm”