15:38 09-02-2020
news_image
121
FUTBOL

Superliqada növbəti baş məşqçi istefası

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Konyaspor" çalışdırıcısı Aykut Kocamanla yollarını ayırıb.

Uğursuz mövsüm keçirən Konya klubunun son olaraq "Dənizlispor"la qolsuz bərabərə qalması rəhbərliyi radikal qərara vadar edib. Beləliklə, karyerası ərzində 3-cü dəfə "Konyaspor"a başçılıq edən Kocamanın iki illik fəaliyyəti başa çatıb.

Qeyd edək ki, "Konyaspor" hazırda Superliqada 14-cü pillədə qərarlaşır.