10:01 10-02-2020
news_image
200
FUTBOL

“Dadaşova çox güvənirik” – “Vulverhempton”un baş məşqçisi

“Uzun bir həftə oldu. Qısa müddətdə iki oyun keçirməli olduq. Bir neçə futbolçumuz isə əsas komandaya qoşulmuşdu”.

Apasport.az saytının məlumatına görə, bunu “Vulverhempton”un U-23 komandasının baş məşqçisi Ceyms Kollins deyib.

Premyer Liqa Kubokunda “Birmingem”ə qarşı keçirilən son oyunla bağlı klubun rəsmi saytına açıqlama verən çalışdırıcı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxışına da münasibət bildirib: “Hesabda geri düşdükdən sonra daha yaxşı çıxış etdik. Dadaşov da əks-hücumdan fantastik qol vurdu. Son 15 dəqiqədə isə əla müdafiə olunduq. Bizim üçün möhtəşəm iş görən Dadaşova çox güvənirik. Ancaq o, ön xətdə bəzən tək qalır. Bu üzdən də hücum zamanı daha keyfiyyətli oynamalıyıq”.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Birmingem” – “Vulverhempton” matçının 75-ci dəqiqəsində Renat Dadaşov son qola imza atıb.