13:16 10-02-2020
news_image
152
FUTBOL

Yığmadan kənarlaşdırıldı - “Qarabağ”ın futbolçuları

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, iki futbolçu heyətdən çıxarılıb.

Buna səbəb “Qarabağ” klubunun müraciəti olub. Ağdam təmsilçisinin müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıblar.

Qeyd edək ki, U-21 yığmamızın dünən Bakıda başlayan toplanışı sabah yekunlaşacaq.