14:45 10-02-2020
news_image
1594
FUTBOL

“Qarabağ”dan getdi, yığmaya çağırıldı

“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev yenidən Bolqarıstan millisinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Belarusla yoldaşlıq görüşündə məşqçilər korpusunun sərəncamında olacaq.

Bolqarıstan mətbuatı bunu Slavçevin “Qarabağ”dan ayrılaraq ötən ay “Levski”yə keçməsi ilə əlaqələndirib. Həmkarlarımız “Qarabağ”da oyun praktikasından əziyyət çəkdiyi üçün yığmadan ayrı düşən 27 yaşlı orta sahə oyunçusunun “Levski”yə keçməklə bu problemi yoluna qoyduğunu və baş məşqçi Georgi Dermendzev tərəfindən çağırıldığını vurğulayıblar. Futbolçu fevralın 26-da Sofiyada baş tutacaq qarşılaşmada dönüşünü qeyd edə biləcək.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci ildən bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib.