17:41 10-02-2020
news_image
158
FUTBOL

Alleqriyə görə Sarrini qovur – “Yuventus”

“Yuventus” baş məşqçisi Mauritsio Sarrini istefaya göndərə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Turin təmsilçisinin son vaxtlar stabil çıxış etməməsidir.

A seriyasında vahid liderliyi əldən verən “qoca sinyora”nın uğursuz nəticələri davam etdirəcəyi təqdirdə klub rəhbərliyi 61 yaşlı mütəxəssislə yollarını ayıracaq. Klub prezidenti Andrea Anyelli artıq yeni baş məşqçini də müəyyənləşdirib. Sarri qovularsa, onu “Yuve”nin sabiq çalışdırıcısı Massimiliano Alleqri əvəzləyəcək. Hazırda işsiz olan Alleqri ilə ilkin danışıq da olub.

Qeyd edək ki, hazırda aktivində 54 xal olan “Yuventus” “İnter”lə liderliyə şərikdir.