12:08 11-02-2020
news_image
246
FUTBOL

Belaruslu məşqçinin “Neftçi”yə gəlməməsinin SƏBƏBİ

Roberto Bordinin istefasından sonra qış fasiləsində “Neftçi”nin baş məşqçisi postuna namizəd göstərilən Aleksey Baqa Azərbaycana yollanmaq variantını qəbul etməməsinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, belaruslu mütəxəssis “Jalgiris”lə anlaşmasını komandanın hədəfi və futbolçu heyəti ilə əlaqələndirib.

“Yagelloniya”, “Suduva”, “Neftçi”, “Əl-Raed” və “Əl-Taavun”dan təklif alan Baqa yeni komandasını sabiq klubu BATE-yə də bənzədib: “Düzdür, variant çox idi. Əsasən keçmiş SSRİ ölkələrinin komandaları mənimlə əlaqə saxlamışdılar. Lakin digərləri ilə şifahi söhbət olmuşdusa, konkret təklif göndərən yeganə komanda “Jalgiris” oldu. Qarşıya qoyulan hədəf, futbolçu heyəti və digər nüanslar bu variantı mənim üçün daha maraqlı etdi. Klub rəhbərliyi ilə tanışlıq məndə xoş təəssürat yaratdı, qərarıma təsir göstərdi”.

Qeyd edək ki, Aleksey Baqa 2011-ci ildən ötən ilə qədər BATE-də çalışıb.